Finalda qardaşını məğlub edən “Neftçi”li: "Azərbaycan çempionu olduğum üçün çox sevinirəm"

03:20 Güləş 168
Finalda qardaşını məğlub edən “Neftçi”li: "Azərbaycan çempionu olduğum üçün çox sevinirəm"

Yunan-Roma güləşçisi Murad Əhmədiyev finalda qardaşı Məhəmməd Əhmədiyevə qalib gələrək Azərbaycan çempionu olduğu üçün çox sevinir.

Sportinfo.az xəbər verir ki, pəhləvan bu barədə "report"a açıqlama verib.

O, qardaşı ilə həlledici görüşdə üz-üzə gəldiyi üçün sevindiyini deyib:

"Finalda qardaşımla güləşdim. Onun da bu raundadək irəliləyəcəyini gözləyirdim. Şükürlər olsun ki, belə də oldu".

Azərbaycan çempionu yarışın onun üçün yaxşı keçdiyini vurğulayıb:

"Güclü rəqiblərim var idi. Buna baxmayaraq, qalib gəldim.

Çox sevinirəm. Yaxşı idmançılarla üz-üzə gəldim.

Bu il keçiriləcək beynəlxalq yarışlara hazırlaşmaq lazımdır. Xorvatiyada reytinq turniri olacaq.

Məqsədim bu yarışa yaxşı hazırlaşmaqdır. Həmin turnirdə də qalib gəlmək istəyirəm. Sonra isə böyüklər arasında Avropa çempionatında sözümü deməyi düşünürəm".

"Neftçi" klubunun üzvü olan M.Əhmədiyev 97 kq çəki dərəcəsində Azərbaycan çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu