Bakı İdman Sarayında keçirilən yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında nadir rast gəlinən maraqlı hadisə yaşanıb.
Sportinfo/.az xəbər verir ki, yarışın 97 kq çəki dərəcəsində qızıl medal uğrunda həlledici görüşdə “Neftçi” İdman Klubunun üzvləri olan iki qardaş – Məhəmməd və Murad Əhmədiyevlər üz-üzə gəlib.
Bildirək ki, qardaşlardan Murad Əhmədiyev ötən ilin sentyabrında Zaqrebdə keçirilən dünya çempionatında erməni rəqibi, çoxqat dünya və Avropa çempionu Artur Aleksanyanı məğlub etmişdi. Məhəmməd Əhmədiyev isə U-23 yaş qrupu üzrə beynəlxalq turnirlərin mükafatçısıdır.
Murad Əhmədiyev (97 kq) ardıcıl ikinci dəfə çempion olub.

