Azərbaycan üçün 3 qızıl əldə

6 Dekabr 2017 15:00 Güləş 578
Azərbaycan üçün 3 qızıl əldə

Azərbaycan güləşçiləri Qazaxıstanın paytaxtı Astanada əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnirdə 3 qızıl medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Yarışda Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanları iştirak ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti