Premyer Liqamızda qalmaq istəyi iştahına güc gəldi, 2000 dollarlıq güzəşt etdi

27 İyul 14:00 Sumqayıt 2 204
Premyer Liqamızda qalmaq istəyi iştahına güc gəldi, 2000 dollarlıq güzəşt etdi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Bölgə təmsilçisi cinah müdafiəçisi Abdul Raşid Muminini heyətinə qatıb.

Benin yığmasının üzvü ilə iki illik (1+1) müqavilə imzalanıb. 21 yaşlı afrikalının son klubu “Sumqayıt” olub.

O. ölkəmizdə qalmaq üçün maliyyə şərtlərində güzəştə gedib.

Belə ki, “kimyaçılar“dan aylıq 6000 dollar əməkhaqqı alan beninli “şirlər“in düşərgəsində az vəsait qazanacaq. Millinin oyunçusu şamaxılılarla 4000 dollar qarşılığında anlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM