Futzal millimizin elit-raunddakı rəqibləri müəyyənləşdi - DÇ-2020

7 Noyabr 2019 17:34 Futzal 1 225
Futzal millimizin elit-raunddakı rəqibləri müəyyənləşdi - DÇ-2020

Bu gün futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü atılıb. Sportinfo.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Bakı vaxtı ilə saat 17:15-də başlanan tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu yığma elit-raundda Rusiya, Slovakiya və Xorvatiya ilə birlikdə C qrupunda mübarizə aparacaq.

A qrupu

Portuqaliya

Belarus

Finaldiya

B qrupu

İspaniya

Serbiya

Ukrayna

fransa

C qrupu

Rusiya

Azərbaycan

Slovakiya

Xorvatiya

D qrupu

Qazaxıstan

Sloveniya

Rumıniya

Çexiya

Elit-raundun oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək.

Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!