"Millidə görüləsi işlər çoxdur və zaman lazımdır"

17 Aprel 09:00 Futzal 381
"Millidə görüləsi işlər çoxdur və zaman lazımdır"

“Bu gün komanda olaraq daha yaxşı oynadıq.

Rəqibə daha az real qol şansı verdik.

Əksinə, birinci oyunla müqayisədə fərqlənmək üçün bu dəfə daha çox epizodumuz oldu".

Sportinfo.az xəbər verir ki,bu sözləri Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov Gürcüstanla bu gün keçirilən yoldaşlıq oyunundan sonra deyib.

O, 1:2 hesabı ilə uduzduqları matçı belə şərh edib:

"Narazı qaldığım məqam odur ki, yenə qolları standart vəziyyətlərin icrasından sonra buraxdıq. Bunun üzərində çox işləməli, daha çox oyun keçirməliyik.

Oyunun gedişində U-19-dan dəvət etdiyimiz İlham Alıyevə də debüt etmək şansı yaratdıq. Onun da ümidləri doğrultduğunu, komandamıza kömək etdiyini deyə bilərəm. Görüləsi işlər çoxdur və zaman lazımdır”.

Bu komandalar iki gün əvvəl də üz-üzə gəliblər və Azərbaycan millisi Gürcüstana 2:3 hesabı ilə uduzub.

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU