Yunanlar öz qapısına qol vurdu, yığmamız məğlubiyyətdən qaçdı

4 Fevral 22:20 Futzal 768
Yunanlar öz qapısına qol vurdu, yığmamız məğlubiyyətdən qaçdı

Bu gün Azərbaycan futzal millisi Avro-2026-nın əsas mərhələsi çərçivəsində 3-cü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda Yunanıstanla qarşılaşıb.

Görüş Bakı İdman Sarayında keçirilib və 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, turnir cədvəlində Azərbaycan 2 xalla 3-cü yerdədir. Lider Yunanıstanın 4 xalı var. 2-ci yerdə 3 xalla Xorvatiya, 3-cü yerdə 1 xalla İsveç qərarlaşıb.

Azərbaycan millisi bundək İsveçlə 3:3 hesablı heç-heçə edib, Xorvatiyaya isə 2:9 hesabı ilə uduzub.

Tərəflər indiyədək 5 dəfə qarşılaşıblar. Qarşılaşmaların hamısında yığmamız qalib gəlib.

İlk duel dünya çempionatının Xorvatiyada təşkil olunan qrup oyunları zamanı baş tutub və Azərbaycan 8:3 hesablı qalibiyyətə sevinib.

Sonrakı iki matç AVRO-2022-nin əsas mərhələsinə təsadüf edib. Yunanıstanda 3:0 hesabı ilə qalib gələn milli Bakıda daha məhsuldar olub - 4:0.

DÇ-2024-ün oyunlarında isə daha çox qol vurulub. Afinadakı qarşılaşmada rəqib qapısından 7 cavabsız top keçirən futzalçılarımız Bakıdakı oyunda rəqibini 5:2 hesabı ilə üstələyib.

5-ci qrup

Azərbaycan – Yunanıstan 2:2
Qollar
: Oktay Rüstəmli, 0:52, Spyridon Papakostas, 38:52 (ö/q) // Leandros Tankas, 14:25, Marios Ntatis, 37:24
Bakı İdman Sarayı. Saat 20:00.

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 14. Tofiq Mikayılov, 1. Emin Kürdov (q, k), 2. Nihad İsmayılov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 10. Seymur Məmmədov, 17. Nurlan Mehdizadə, 20. Fərid Abbasov.
Baş məşqçi: Vitali Borisov.

Yunanıstan: 1. Nikolaos Aronis (q), 4. Seiti Ensi, 6. Andreas Tarnanidis, 7. Marios Ntatis, 9. Alexandros Adamopoulos, 12. Dimitris Zervas (q, k), 2. Evangelos Avlonitis, 3. Konstantinos Papadopoulos, 5. Dimitrios Karydas, 8. Lampros Tsinas, 10. Spyridon Papakostas, 11. Leandros Tankas, 13. Kostas Panou, 14. Vasilis Tzakidis.
Baş məşqçi: İoannis Ziavas.

Digər Xəbərlər
Xəbər Lenti
19 Mart 11:20 Kənarda qalma, dostum!