"Araz-Naxçıvan" Serbiya klubuna uduzdu və qrupda qaldı

27 Oktyabr 2022 21:10 Futzal 680
"Araz-Naxçıvan" Serbiya klubuna uduzdu və qrupda qaldı

"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ikinci görüşündə Serbiya "Loznika Qrad"ı ilə üz-üzə gəlib.

Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da oynanılan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionundan yeganə qolu 19-cu dəqiqədə Vitao vurub.

Qrupda keçirdiyi ardıcıl ikinci oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib.

Qrupun digər görüşündə Bosniya və Herseqovina "Mostar"ı İsveç "Erebru"su ilə qarşılaşacaq.

"Lozniça Qrad" (Serbiya) - "Araz-Naxçıvan" (2:1) 4:1

27 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30

Hakimlər: Jan Kresta (Çexiya), Josip Dujmiç (Xorvatiya), Viktor Chaix (Fransa)

Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

Qollar: Mladen Kociç, 12:02, 36:59, Nemanja Milosavljeviç, 15:55, Dorde Rosiç, 23:02 // Vitao, 18:27

Sarı vərəqələr: Sinesio, 13:24, Alesio, 15:40, Ponçe, 27:54, Pedro Torres, 34:18 // Dandan, 25:26, Dorde Rosiç, 27:30

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA