"Araz-Naxçıvan"ın Çempionlar Liqasında səfər oyununa yollanacaq heyəti

23 Oktyabr 2022 23:20 Futzal 907
"Araz-Naxçıvan"ın Çempionlar Liqasında səfər oyununa yollanacaq heyəti

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” sabah səhər saatlarında Bakı-İstanbul-Sarayevo hava reysi ilə oyunların keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək.

Sportinfo.az xəbər verir ki, komanda qrup oyunlarına ev sahibliyi edəcək Mostar şəhərinə paytaxtdan avtobusla hərəkət edəcək.

Baş məşqçi Joze Alesio Da Silva Çempionlar Liqasının oyunlarına 13 futzalçı ilə yollanacaq.

Felipinyo cəzalı olduğuna görə, bu matçlarda “Araz-Naxçıvan”a kömək edə bilməyəcək.

Heyət aşağıdakı kimidir:

Qapıçılar: 12. Mikael Deon, 19. Cavad Məmmədov

Oyunçular: 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq