Dava-dalaşdan qaçmaq üçün… Bakıdakı oyunda PROBLEM

22 Oktyabr 2022 10:40 Futzal 859
Dava-dalaşdan qaçmaq üçün… Bakıdakı oyunda PROBLEM

“Araz-Naxçıvan” futzal klubunun Qazaxıstan “Kayrat”ı ilə bu gün keçirməli olduğu yoldaşlıq oyunu ləğv olunub.

Azərbaycan Futzal Federasiyasının rəsmi saytı xəbər yayıb ki, bu qərar hər iki komandanın baş məşqçisinin istəyi ilə qəbul edilib.

Buna səbəb dünən keçirilmiş matçda (3:8) Naxçıvan təmsilçisinin bir neçə futzalçının zədələnməsidir.

“Araz-Naxçıvan”ın heyətində Katatau və Andreu Varqas zədələnərək, görüşü sona qədər davam etdirə bilməyib. Ölkə çempionu buna qədər Sineseni də analoji səbəbdən itirib.

Əslində isə dünənki qarşılaşmanın gedişində, həmçinin final fitindən sonra hər iki klubun təmsilçiləri arasında narazılıq müşahidə olunub.

“Araz-Naxçıvan”ın nümayəndələri və baş məşqçi Joze Alesio da Silva “Kayrat“ın oyunçularının kobudluq etməsindən şikayətlənib.

Qazaxıstan təmsilçisinin çalışdırıcı Kaka iradlarla o qədər də razılaşmayıb, sadəcə, növbəti matçın daha gərgin atmosferdə keçəcəyi fikrini qəbul edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq