"Qarşıya ciddi məqsədlər qoyulub, ÇL-da uğurlu çıxış etmək istəyirik"

18 Oktyabr 2022 09:00 Futzal 757
"Qarşıya ciddi məqsədlər qoyulub, ÇL-da uğurlu çıxış etmək istəyirik"

"Bu ay Çempionlar Liqasında iştirak edəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan yığmasının legioneri Tyaqo Bolinyaya məxsusdur.

"Sportinq Paris"in heyətində Fransa çempionu olmuş braziliyalı hazırkı klubunda özünü xoşbəxt hiss etdiyini bildirib:

"Komanda yoldaşlarımı yaxşı tanıyıram. Orada olmaqdan məmnunam.

Qarşıya ciddi məqsədlər qoyulub. Xüsusilə də ÇL-da uğurlu çıxış etmək istəyirik.

Maraqlıdır ki, qrupumuzda yer alan digər klubların heyətində milli komandadakı yoldaşlarım da var. Eduardo Borges və Rafael Vilela ilə bu dəfə rəqib kimi üz-üzə gələcəyik.

Çox çətin olacaq. Ancaq heyətimiz güclənib, yaxşı qapıçı dəvət olunub, Fineo və daha bir braziliyalı oyunçu ilə anlaşıblar".

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq