“Araz Naxçıvan”dan 10, “Neftçi”dən 11 qol – DARMADAĞIN TURU

15 Oktyabr 2022 22:40 Futzal 1 138
“Araz Naxçıvan”dan 10, “Neftçi”dən 11 qol – DARMADAĞIN TURU

Bu gün futzal üzrə Yüksək Liqada 3-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, turun ilk matçı həm də mərkəzi görüş idi.

Belə ki, Lider “Araz Naxçıvan” ən yaxın izləyicisi olan “Baku Fire” komandasını sınağa çəkib. Ölkə çempionu bu oyundan inamlı qələbə ilə ayrılıb.

İkinci oyun pley-offa vəsiqə qazanacaq iştirakçıların müəyyənləşməsi baxımından əhəmiyyət daşıyırdı. Doqquz qolun qeydə alındığı “Alyans” – “Record” matçında sonuncu qələbə qazanıblar.

Turun son matçı isə “Neftçi”nin qələbəsi ilə yadda qalıb. İddialılar sırasında yer alan bu komanda U-19-la oyunda 11 qola sevinib.

15 oktyabr

"Araz Naxçıvan" – "Baku Fire" 10:2
Qol
: Katatau, 2:18. Vitao, 3:27; 39:26. David Qustavo, 10:04; 28:12. Andreu Varqas, 11:27; 18:34; 22:43. Vitinyo, 15:16. Sinesio, 35:27 – Murad Quluzadə, 30:03. Faiq Əliyev, 36:28.
Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 12:00.

"Alyans" (Lənkəran) – "Record" 3:6
Qol
: Armin Farroxi, 2:28. Mojtaba Vali, 30:54-öz qapısına. Nurlan Fərəcli, 37:54 – Mahyar Pourniyazi, 15:37; 22:26. Matin Qahramani, 16:21; 38:17. Seyidreza Hosseini Hotkani, 32:33. Rəsul İbrahimov, 33:46.
Hakimlər: Ceyhun Hüseynov, Mahir Məmmədov, Şakir Quliyev.
Hakim-inspektor: Azər Əsgərov.
Bakı İdman Sarayı. Saat 14:00.

U-19 – "Neftçi" İK 1:11
Qol
: Fərid Abbasov, 15:44 – Əjdər Əjdərov, 1:59. Ülvi Əliyev, 3:51; 30:24. Rüstəm Bağırov, 10:49. Hasan Ali Jafari, 12:55. Anar Məmmədov, 18:01. Rüfət Balakişiyev, 30:45; 36:00. Məhəmməd Abbasov, 32:06; 39:44. Əjdər Əjdərov, 39:23.
Hakimlər: Knyaz Əmiraslanov, Xəlil Xəlilov, Elgün Hüseynov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 16:00.

Xal: Araz Naxçıvan – 9, Neftçi İK – 7, Record – 6, Baku Fire – 4, Alyans – 0, U-19 – 0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA