"Azərbaycan millisinin səviyyəsinə bələd idik" - Yunan baş məşqçi

15 Oktyabr 2022 02:40 Futzal 913
"Azərbaycan millisinin səviyyəsinə bələd idik" - Yunan baş məşqçi

"Rəqibin səviyyəsini əvvəldən bilirdik, təsadüfi deyil ki, dünya reytinqdə 7-ci yerdə gedirlər".

Sportinfo.az xəbər verir ki, bunu Yunanıstan millisinin baş məşqçisi Yannis Tsiavas evdə Azərbaycana 0:7 hesabı ilə uduzduqları dünya çempionatının əsas seçmə mərhələ oyunu haqda yerli mətbuata açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komandanın heyətində keyfiyyətli braziliyalı oyunçular var:

"Biz bu qrupda özümüzü yüksək səviyyəli rəqiblərə qarşı sınamaq və təcrübə qazanmaq üçün mübarizə aparırıq".

Tsiavasın sözlərinə görə, hesab böyük olsa da, komandası meydanda sonadək mübarizə aparıb:

"Bir neçə qol fürsəti yaxalasaq da, istifadə edə bilmədik. Düzəltmək olduğumu bir neçə məqam var. İnanıram ki, zəhmətimiz sayəsində uğur qazanacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq