Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Joze Alesionun baş məşqçi olduğu komanda VI qrupun 2-ci turunda Yunanıstanın qonağı olub.
Afinadakı qarşılaşma Azərbaycan yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 2-ci dəqiqədə Rafael Vilela, 5 və 16-cı dəqiqələrdə, Xətayi Bağırov, 18 və 25-ci dəqiqələrdə Qallo, 37-ci dəqiqədə Tyaqo Bolinya və 40-cı dəqiqədə Conatas Felipe vurublar.
Bu qələbədən sonra xallarını 6-ya çatdıran milli komanda vahid lider olub. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.
Azərbaycan ötən tur evdə Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.
Yunanıstan – Azərbaycan 0:7
Qollar: Rafael Vilela, 1'43, Xətai Bağırov, 5'00, 15'17, Qallo, 17'32, 24'28, Bolinya 26:28, Felipinyo, 38:52

