“Azərbaycan millisinin formasını geyinmək qürurvericidir"

13 Oktyabr 2022 01:20 Futzal 1 065
“Azərbaycan millisinin formasını geyinmək qürurvericidir"

"Qələbə münasibəti ilə komanda yoldaşlarımı təbrik edirəm.

Azərbaycan millisinin üzvü olmaq, formasını geyinmək hər birimiz üçün fəxr, qürurvericidir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Xəzər Ağalızadə səfərdə Yunanıstana 7:0 hesabı ilə qalib gəldikləri dünya çempionatının əsas seçmə mərhələ oyunundan sonra deyib.

Yığmada rəsmi matçda debüt edən oyunçu daha əvvəl Qazaxıstanla yoldaşlıq görüşündə meydanda olduğunu və U-19-un heyətində çıxış etdiyini xatırladıb:

"Baş məşqçinin etimadını qazanmağa çalışdım. Bunun üçün də onun tapşırıqlarını yerinə yetirdim.

Qol vurmaq üçün şansım oldu, təəssüf ki, fərqlənə bilmədim. Növbəti oyunlarda da şans qazanacağıma ümid edirəm. Əlbəttə, bunun üçün üzərimdə çox işləməliyəm".

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq