Azərbaycan millisi Yunanıstanda darmadağınla qələbə qazandı

11 Oktyabr 2022 21:10 Futzal 2 039
Azərbaycan millisi Yunanıstanda darmadağınla qələbə qazandı

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Joze Alesionun komandası 6-cı qrupda Yunanıstanın qonağı olub. Afinadakı qarşılaşmada millimiz 7:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə Polşaya 3 cavabsız qolla uduzub.

11 oktyabr

Dünya çempionatı, seçmə mərhələ

19:00. Yunanıstan - Azərbaycan - 0:7

Qollar: Rafael Vilela, 2, Xətai Bağırov, 5, 16, Qallo, 18, 25, Tyaqo Bolinya, 37, Conatas Felipe, 40

Baş hakim: Ademir Avdiç (İsveç)

Afina.

Xallar: Azərbaycan - 6, Polşa - 3, Yunanıstan - 3

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq