"Səhvlərdən qaça bilmədik" - Azərbaycan millisinin hücumçusu

9 Oktyabr 2022 19:40 Futzal 1 083
"Səhvlərdən qaça bilmədik" - Azərbaycan millisinin hücumçusu

"Oyundan və nəticədən razı qaldım.

Bizim üçün vacib matç idi. Polşa qrupda əsas rəqibimizdir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Rafael Vilela Bakıda Polşa yığmasına 4:3 hesabı ilə qalib gəldikləri dünya çempionatının əsas seçmə mərhələ oyunu barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Sözügedən qarşılaşmada 2 qol vuran braziliyalı hücumçu bildirib ki, fərqlənməklə komandaya faydalı olmaq bir başqa sevincdir:

"Güclü oyunçulara sahibik və qarşıya qoyulan məqsədə çatmaq üçün potensialımız var. Oyundan-oyuna daha yaxşı olacağıq. İndi mövsümün əvvəlidir, bəzi futzalçılarımız tam formada deyil, zədəlilərimiz var".

Vilelanın sözlərinə görə, Polşa ilə matçda hesab 3:1 olduqdan sonra daha diqqətli oynamalı idilər:

"Çünki qarşımızda güclü rəqib var idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Amma önəmli olan yekun nəticə idi ki, biz də bunu xeyrimizə dəyişə bildik".

Dünən istirahət etdiklərini söyləyən oyunçu artıq Yunanıstanla matçın hazırlığına başladıqlarını əlavə edib:

"Bu gün Bakıda son məşqimizi keçəcəyik və Afinaya yollanacağıq. Rəqibə hörmətlə yanaşırıq.

Qarşımlzdakı komandanın zəif və ya güclü olmasından asılı olmayaraq, qələbə 3 xal verir. Biz də xal ehtiyatımızı artırmaq üçün mütləq qalib gəlməliyik".

Yunanıstan - Azərbaycan görüşü oktyabrın 11-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq