Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv VI qrupdakı ilk matçında Polşanı qəbul edib.
Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 7-ci dəqiqədə qonaqlardan Matyuş Mrovyek açıb.
3 dəqiqə sonra Xətai Bağırov tarazlığı bərpa edib. 17 və 24-cü dəqiqələrdə fərqlənən Rafael Vilela hesab arasındakı fərqi 2 topa çatdırıb.
25-ci dəqiqədə Polşa seçməsindən Sebastyan Lesçak buraxılan qollardan birinin əvəzini çıxıb. 2 dəqiqə sonra polşalılar Kamil Surmyakın qolu ilə hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 34-cü dəqiqədə Bolinya qoyub.
Azərbaycan qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək. Polşa lk oyununda yunanlara qalib gəlib - 3:0.
Azərbaycan - Polşa 4:3
Qollar: Xətai Bağırov, 9.59, Rafael Vilela, 16.38, 23.06, Bolinya, 33.31 - Mrovyek, 6.6, Sebastyan Lesçak, 24.24, Kamil Surmyak, 26.39

