Azərbaycan yığması əsas seçmə mərhələyə qələbə ilə başladı

7 Oktyabr 2022 22:10 Futzal 598
Azərbaycan yığması əsas seçmə mərhələyə qələbə ilə başladı

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv VI qrupdakı ilk matçında Polşanı qəbul edib.

Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 7-ci dəqiqədə qonaqlardan Matyuş Mrovyek açıb. 3 dəqiqə sonra Xətai Bağırov tarazlığı bərpa edib. 17 və 24-cü dəqiqələrdə fərqlənən Rafael Vilela hesab arasındakı fərqi 2 topa çatdırıb.

25-ci dəqiqədə Polşa seçməsindən Sebastyan Lesçak buraxılan qollardan birinin əvəzini çıxıb. 2 dəqiqə sonra polşalılar Kamil Surmyakın qolu ilə hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 34-cü dəqiqədə Bolinya qoyub.

Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək. Polşa ilk oyununda yunanlara qalib gəlib - 3:0.

7 oktyabr

20:00. Azərbaycan - Polşa - 4:3

Qollar: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA