Millinin oyunçuları qarşısına qoyulan məqsədi və qazanacağı pulu bildi

7 Oktyabr 2022 11:40 Futzal 1 236
Millinin oyunçuları qarşısına qoyulan məqsədi və qazanacağı pulu bildi

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirəcək.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda VI qrupdakı ilk matçında Polşanı qəbul edəcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Aslan Qalayevin başçılıq etdiyi qazaxıstanlı hakimlər idarə edəcək.

Polşa ilk oyununda Yunanıstana qalib gəlib - 3:0.

Yığmamız seçmə mərhələyə qələbə ilə başlayarsa, oyunçulara 2000 manat mükafat ödəniləcək. Ümumiyyətlə. Komandanın qarşısına kifayət qədər ciddi məqsəd qoyulub – qrupu ilk pillədə bitirmək və final mərhələsinə vəsiqə qazanmaq.

Bu vəzifə yerinə yetirilərsə, 8000 manat civarında pul qazanacaqlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA