Azərbaycan millisi bu tarixdə mətbuat önünə çıxacaq

3 Oktyabr 2022 13:20 Futzal 556
Azərbaycan millisi bu tarixdə mətbuat önünə çıxacaq

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Polşa yığması ilə oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının oktyabrın 4-də, saat 10:30-da Bakı İdman Sarayında mətbuat üçün açıq məşqi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, məşqdən əvvəl – saat 10:10-da isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.

Qeyd edək ki, Polşa millisi ilə görüş oktyabrın 7-də, Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da başlayacaq.

Xəbər Lenti