O, 3 illik fasilədən sonra Azərbaycan millisinə qaytarıldı

30 Sentyabr 2022 12:40 Futzal 2 263
O, 3 illik fasilədən sonra Azərbaycan millisinə qaytarıldı

Braziliyalı futzalçı Amadeu 3 illik fasilədən sonra Azərbaycan millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi 2024-cü il dünya çempionatının əsas mərhələsində Polşa və Yunanıstana qarşı keçiriləcək oyunlara çağırılıb.

Hazırda ölkəsinin "Marreko" klubunda çıxış edən vinger sonuncu dəfə 2019-cu ildə yığmanın formasını geyinib.

Yenidən milliyə dəvət olunması ilə bağlı təəssüratlarını bölüşən təcrübəli oyunçu sevincini gizlətməyib: "Seçmə mərhələdə oynamaq üçün çox işlədim. Azərbaycanda hər zaman mənə dəyər veriblər".

6-cı qrupda yer alan Azərbaycanın futzal millisi oktyabrın 7-də Bakıda Polşa ilə, bundan 4 gün sonra isə Afinada Yunanıstanla qarşılaşacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı