Azərbaycan millisini seçən braziliyalı danışdı ki… VİDEO

16 Sentyabr 2022 03:10 Futzal 404
Azərbaycan millisini seçən braziliyalı danışdı ki… VİDEO

Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, futzalçılarımız “Olimpik Star”da bir məşq keçib.

Hazırlıq prosesindən əvvəl sentyabrın 12-də və 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan – Ermənistan dövlət sərhəddində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra baş məşqçinin tapşırığına uyğun olaraq, taktiki tapşırıqlar yerinə yetirilib. Ölkə xaricində çıxış edən futzalçılardan Rafael Vilela və Qallo da komandaya qoşulub.

Eduardo Borges isə sentyabrın 16-da Bakıya gələcək. Milli üzvləri həmin gün gecə saatlarında Bakı-Aktau hava reysi ilə səfərə yollanacaq.

Yeri gəlmişkən, millimizin üzvü Oktay Rüstəmli federasiyanın mətbuat xidmətinə müsahibə verib. O, qarşıdakı oyunlara hazırlığı dəyərləndirib:

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"