"Qələbə qələbədir, təəssüratlar təbii ki, müsbətdir.
Məncə, İqor Kostyuk oyun üçün heyəti və taktikanı düzgün seçdi".
Sportinfo.az xəbər verir ki, bu sözləri “Keşlə”nin (indiki “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"sunun "Qarabağ"a qalib gəlməsi haqda danışarkən deyib.
"Dinamo"nun sabiq yarımmüdafiəçisi “Sport-Express.ua” nəşrinə açıqlamasında komandalar arasında keçirilən ilk görüş və Kiyev klubunun 1:0 hesablı qələbəsi haqda bildirib:
"Dinamo" müdafiədə ağıllı oynadı və "Qarabağ"... Bilirsiniz, Azərbaycan komandası mənə bir az Donetsk "Şaxtyor"unu xatırlatdı.
Onlar uzun müddət topa sahib oldular, oyuna nəzarət etdilər, hücumlarını hazırlamaq üçün uzun vaxt sərf etdilər. Və bütün bunlar boş yerə getdi.
Onlar iki matçda (0-0, 0-0, penaltilərdə 4-5) SSKA-ya (Sofiya) bir qol belə vurmadılar. Bu oyunda da eyni şey oldu".
Ukraynalı mütəxəssis "Qarabağ"ın bəzi aparcı oyunçularının gedişinin komandaya təsir etdiyini qeyd edib:
"Qarabağ" yeni mövsümün əvvəlində o qədər də inamlı görünmür.
Ola bilsin ki, komanda hansısa bir yenidənqurma, eniş mərhələsindən keçir, ya bəlkə də bir neçə əsas oyunçunun getməsi komandanın oyununa təsir edib".
"Qarabağ" və "Dinamo" avqustun 13-də Bakıda cavab matçında üz-üzə gələcək.
