“Qərarı özü verəcək, biz Messini rahat buraxmalıyıq“

9 Avqust 20:50 Dünya futbolu 318
“Qərarı özü verəcək, biz Messini rahat buraxmalıyıq“

Argentina Futbol Assosiasiyasının prezidenti Kladio Tapiya Lionel Messinin milli komandadakı gələcəyi barədə danışıb.

Sportinfo.az “All About”-a istinadən xəbər verir ki, o, 39 yaşlı futbolçunun qərarı özünün verəcəyini bildirib:

“Qərarı özü verəcək. Biz onu rahat buraxmalıyıq.

Möhtəşəm dünya çempionatı keçirdik, bundan böyük zövq aldıq və onunla fəxr edirik”.

2026-cı il dünya çempionatında Argentina millisi finala qədər irəliləyib. Həlledici qarşılaşmada komanda əlavə vaxtda İspaniya millisinə 0:1 hesabı ilə uduzub.

Messi mundialda Argentina yığmasının keçirdiyi 8 oyunun hamısında iştirak edib. O, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi