Yığmamız növbəti dəfə mundialda iştirak etmək niyyətindədir

31 İyul 03:20 Futzal 437
Yığmamız növbəti dəfə mundialda iştirak etmək niyyətindədir

Futzal üzrə Azərbaycan milli komandası bu il oktyabrın 7-də dünya çempionatının əsas mərhələsində ilk oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Polşa yığması ilə qarşılaşacaq azərbaycanlı futzalçılar final mərhələsi 2024-cü ildə keçiriləcək mundialda növbəti dəfə iştirak etmək niyyətindədir.

Bunun üçün əsas mərhələdə uğurlu çıxış edib elit-raunda yüksəlmək, orada isə qrupunun ən güclüsü olaraq həlledici mərhələyə vəsiqə qazanmaq gərəkir.

İndiyə qədər 6 dəfə Avropa çempionatının final mərhələsində iştirak edən komanda mundialda da siftə edib. 2016-cı ildə Kolumbiyada təşkil edilən dünya çempionatının final mərhələsinə qatılan milli komanda yekunda dünyanın 5 ən güclü yığmasından biri olub.

Bəs Azərbaycan millisi dünya çempionatının seçmə mərhələlərində indiyə qədər neçə oyun keçirib?

İndiyə qədər dünya çempionatı 9 dəfə keçirilib. Altı seçmə mərhələdə iştirak edən yığma komanda bir dəfə finalçılar siyahısında yer alıb.

2012-ci ildə də buna yaxın olan komanda pley-off mərhələsində keçirdiyi 2 oyunun cəmində Rusiya futzalçılarına yenildiyinə görə, mübarizəni dayandırmalı olub.

Azərbaycan millisinin seçmə və final mərhələlərində keçirdiyi oyunların nəticələrini təqdim edirik:

DÇ-89 – iştirak etməyib

DÇ-92 – iştirak etməyib

DÇ-96 – iştirak etməyib

DÇ-00 (seçmə mərhələ – Xorvatiya)
28.02.2000. Gürcüstan – 6:6
29.02.2000. Yunanıstan – 8:3
02.03.2000. Çexiya – 4:8
03.03.2000. Xorvatiya – 1:5

DÇ-04 (seçmə mərhələ – Kipr)
05.11.2003. Polşa – 1:6
07.11.2003. Kipr – 4:4

DÇ-08 (seçmə mərhələ – Çexiya)
28.02.2008. Ermənistan – 9:1
29.02.2008. Finlandiya – 4:2
02.03.2008. Çexiya – 2:3

DÇ-12 (seçmə mərhələ – Azərbaycan)
15.12.2011. Xorvatiya – 1:3
16.12.2011. Makedoniya – 7:1
18.12.2011. Ukrayna – 4:2
(pley-off)
27.03.2012. Rusiya – 2:3 (e)
09.04.2012. Rusiya – 2:2 (s)

DÇ-2016 (seçmə mərhələ – Xorvatiya)
10.12.2015. İsveç – 8:2
11.12.2015. Belarus – 7:2
13.12.2015. Xorvatiya – 4:4
(pley-off)
22.03.2016. Niderland – 5:1 (s)
12.04.2016. Niderland – 4:4 (e)
(final mərhələsi – Kolumbiya)
12.09.2016. Mərakeş – 5:0
15.09.2016. İspaniya – 2:4
18.09.2016. İran – 3:3
1/8 final
22.09.2016. Tailand – 13:8
1/4 final
25.09.2016. Portuqaliya – 2:3

DÇ-2020 (seçmə mərhələ – Azərbaycan)
23.10.2019. Moldova – 3:1
24.10.2019. Monteneqro – 3:2
26.10.2019. Slovakiya – 2:0

(elit-raund – Xorvatiya)
29.01.2020. Xorvatiya – 0:2
30.01.2020. Rusiya – 4:3
01.02.2020. Slovakiya – 3:3

Digər Xəbərlər
Xəbər Lenti