Polşa və Yunanıstan qarşısında üstünlüyümüz varmı?

12 İyul 2022 09:20 Futzal 484
Polşa və Yunanıstan qarşısında üstünlüyümüz varmı?

Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal dünya çempionatının seçmə mərhələsində millimiz 6-cı qrupda Polşa və Yunanıstan ilə qarşılaşacaq.

Bəs komandamız indiyə qədər bu rəqiblərlə qarşılaşıbmı?

Sportinfo.az xəbər verir ki, millimiz hər iki rəqibi ilə ayrı-ayrılıqda 3 dəfə üz-üzə gəlib. Polşa ilə ilk duel 1996-cı ildə Niderlandda baş tutub və qələbəni komandamız qazanıb.

Növbəti belə duel 8 ildən sonra gerçəkləşib. Bu dəfə 3 xalı Polşa qazanıb. Komandalar arasındakı son görüş 2009-cu ildə olub. Minimalhesablı qələbə komandamızın xeyrinə yazılıb.

Yunanıstana dəldikdə, onlarla da millimiz 3 dəfə qarşılaşıb və hamısında qələbə qazanıb. İlk oyun 2000-ci ildə keçirilib. 21 ildən sonra tərəflər yenidən 2 dəfə üz-üzə gəlib və qələbəni futzalçılarımız qazanıb.

AÇ-96 (seçmə mərhələ - Niderland)

23.10.1995. Polşa – 6:4

DÇ-04 (seçmə mərhələ - Kipr)

05.11.2003. Polşa – 1:6

AÇ-10 (seçmə mərhələ - Portuqaliya)

20.03.2009. Polşa – 4:3

DÇ-00 (seçmə mərhələ - Xorvatiya)

29.02.2000. Yunanıstan – 8:3

AÇ-2022 (seçmə qrup mərhələsi)

02.02.2021 Yunanıstan – 3:0

14.04.2021 Yunanıstan - 4:0

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"