19 yaşlı gənclər "Neftçi"nin qazanmasına imkan vermədi

22 Aprel 2022 02:40 Futzal 549
19 yaşlı gənclər "Neftçi"nin qazanmasına imkan vermədi

Futzal üzrə Yüksək Liqada XX turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk matçda pley-off mərhələsinə vəsiqəni təmin etmiş “Neftçi” U-19-la qarşılaşıb.

Oyuna üstün başlayan meydan sahibləri erkən qolla hesabı açıb. Fasiləyə də üstün yollanan “Neftçi” ikinci hissədə rəqib daha yaxşı oynadı, daha çox qol vurdu. Nəticədə matç heç-heçə başa çatdı.

Bu komandaların birinci dövrədəki matçı da “sülh”lə başa çatmışdı. “Alyans” təyin oluna vaxtda meydana çıxmadığına görə, EKOL-la görüş baş tutmayıb.

Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək. Turun son oyununu pley-off öncəsi komandaların məşqi kimi də dəyərləndirmək olar. Çünki bu komandalar qızıl medal uğrunda yarışda da üz-üzə gələcəklər.

“Araz-Naxçıvan”ın yeni transferi Dmitri Bondarev bu matçda debüt etmək imkanı qazandı. Rusiyalı qolkiperin son klubu “Spartak-Donetsk” olub.

Alesio yetirmələrini əsasən 5-in 4-ə sistemində yoxladı. Buna görə də qapıçını da əksər hallarda meydan oyunçusu ilə əvəzləyən braziliyalı mütəxəssis istəyinə 11-ci dəqiqədə çatdı.

Bir dəqiqə sonra İsa fərqi artırdı. Buna qədər “Baku Fire” azı 2 dəfə boş qapıya yol tapa bilərdi. İkinci hissədə də lider fərqi artırdı və növbəti qələbəsini qazandı.

“Xilə” komandasına texniki məğlubiyyət verildiyinə görə, “Record club.az”ın aktivinə 3 xal yazılıb.

Neftçi İK – U-19 (3:1) 4:4

Bakı İdman Sarayı.

Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Vüsal Balaşov

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Vahid Xocayev, 1:20, Fərid Atakişiyev, 8:39, 18:44, Oqtay Rüstəmli, 28:11 // Əjdər Əjdərov, 12:40 ö/q, Şahmar Cəfərli, 33:23, Nurlan Məmmədov, 34:08, Məhəmməd Abbasov, 39:22

Sarı vərəqələr: Məhəmməd Abbasov, 30:57, Nurlan Məmmədov, 39:40

Neftçi İK

12. Cavad Məmmədov (q), 4. Fərid Atakişiyev, 8. Vahid Xocayev, 9. Oqtay Rüstəmli, 77. Omid Talebi, 1. Anar Məmmədov (q), 5. Nurlan Mehdizadə, 13. Əjdər Əjdərov (k), 14. İlqar Nuruşov

Baş məşqçi: Elşad Quliyev

U-19

12. Hüseyn Abtalıbov (q), 2. Novruz Kazıxanov, 5. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 1. Zaur Sultanov (q), 3. Fariz Mehrəliyev, 13. Fuad Məmmədzadə (k), 6. Mirzə Əmirov, 8. Mikayıl Qiyasov, 9. Şahmar Cəfərli, 10. Şaiq Vəlizadə, 11. Məhəmməd Abbasov

Baş məşqçi: Ağatahir Əzimov

Alyans – EKOL (oyun keçirilməyib)

Bakı İdman Saray

Hakimlər: Ceyhun Hüseynov, Şakir Quliyev, Mahir Məmmədov

Hakim-inspektor: Elçin Səmədli

Alyans (Lənkəran)

1. İmran Məhərrəmov (q), 4. Anar İsayev (k), 18. Tural Lətifov, 7. Emin Kərimov, 33. Elşən Veysov, 2. Arya Eslami (q), 10. Ümid Hüseynov, 15. Sajjad Amirteimour, 12. Nihad Əhmədov, 3. Elşən Mahmudov

Baş məşqçi: Esmael Vakilighazijahani

EKOL

99. Emin Kürdov (q, k), 2. Radik Əhmədov, 8. Mehdi Rəsulov, 10. Samir Həmzəyev, 20. Tofiq Mikayılov, 1. İntiqam Babayev (q), 7. Faiq Əliyev, 9. Əsgər Abasov, 17. Rüstəm Bağırov, 33. Ələsgər Ələsgərli, 44. Orxan Həsənəliyev

Baş məşqçi: Radik Əhmədov

Baku Fire – Araz-Naxçıvan (0:3) 2:6

Bakı İdman Saray

Hakimlər: Əli Cəbrayılov, Xəlil Xəlilov, Rza Məmmədov

Hakim-inspektor: Mehman Mahmudov

Qollar: Elşən İbramxəlilov, 31:05, 38:48 // Xətai Bağırov, 10:28, 34:06, İsa Atayev, 12:00, Ramiz Çovdarov, 15:03, Maneka, 30:34, Nihad İsmayılov, 34:25 ö/q

Sarı vərəqələr:

Baku Fire

12. Kamran Hacıyev (q), 4. Elvin Quliyev (k), 10. Nihad İsmayılov, 17. Reza Tolouie, 77. Elşən İbramxəlilov, 1. Samir Mehdiyev (q), 7. Tofiq Əliyev, 2. Sadiq Əlizadə (q), 11. Rasif Səfiyarov, 18. Novruz Ələkbərov, 22. Elgün Rzayev

Baş məşqçi: Teymur Eyvazov

Araz-Naxçıvan

19. Dmitri Bondarev (q), 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 9. Maneka, 11. Xətai Bağırov, 1. Azər Fərmanov (q), 10. Felipinyo, 17. İsa Atayev, 18. Fərid Ələkbərov

Baş məşqçi: Joze Alesio Da Silva

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!