"Barselona"nın hücumçusu yoluxdu, Azərbaycana qarşı oynamayacaq

26 Yanvar 2022 02:20 Futzal 706
"Barselona"nın hücumçusu yoluxdu, Azərbaycana qarşı oynamayacaq

Futzal üzrə İspaniya yığması Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəyi D qrupunun II tur matçına ciddi itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, komandanın aparıcı oyunçusu Adolfo Fernandes Dias koronavirusa yoluxduğu üçün qarşıdakı görüşü də buraxacaq.

Hazırda karantində olan "Barselona"nın 29 yaşlı forvardı Bosniya və Herseqovinanı 6:2 hesabı ilə darmadağın etdikləri qarşılaşmada da eyni səbəbdən iştirak etməyib.

Yanvarın 26-da oynanılacaq İspaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv qrupdakı ilk görüşündə Gürcüstan yığmasına 2:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq