Azərbaycanda matç təxirə salındı, oyunçulardan COVID testi götürüldü

25 Noyabr 2021 16:40 Futzal 757
Azərbaycanda matç təxirə salındı, oyunçulardan COVID testi götürüldü

Futzal üzrə Azərbaycan Yüksək Liqasının 9-cu turunda “Xilə” – “Baku Fire” qarşılaşması təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb “Xilə” komandasının bir neçə oyunçusunun səhhətində narahatlığın yaranmasıdır (yüksək temperatur).

Klub məsələ ilə bağlı Azərbayan Futzal Federasiyasına müraciət edib.

Bunu nəzərə alan federasiya matçın qeyri-müəyyən vaxta təxirə salınması barədə qərar qəbul edib. Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.

Görüş noyabrın 26-da keçirilməli idi.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq