Azərbaycan yığması 11 aydan sonra... - FOTO

18 Yanvar 2021 17:00 Futzal 658
Azərbaycan yığması 11 aydan sonra... - FOTO

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün hazırlıq prosesinə start verib.

Sportinfo.az xəbər verir ki, məşq Bakı İdman Sarayında gerçəkləşib.

Joze Alesio Da Silvanın baş məşqçilik etdiyi komanda 11 aydan sonra məşqləri bərpa edib.

Slovakiya ilə oyun yanvarın 29-da Bakıda, Yunanıstanla görüş isə fevralın 2-də Afinada olacaq.

Xəbər Lenti