Bu futbolçu komadan ayıldı

26 Aprel 2020 15:00 Fransa 785
Bu futbolçu komadan ayıldı

“Monpelye”nin müdafiəçisi Junior Sambiya komadan ayılıb.

Sportinfo.az xəbər verir ki, koronavirus pandemiyasına yoluxan 23 yaşlı futbolçunun meneceri Frederik Qerra bu barədə məlumat verib:

“Sambiya süni ağciyər ventilyasiyasından çıxarıldı. Onun sağalması uzun çəkəcək, amma artıq komada deyil. Böyük ehtimalla, daha yaxşı xəbərlər alacağıq”.

2017-ci ildən “Monpelye”nin şərəfini qoruyan futbolçu, cari mövsümdə 22 oyunda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!