34 yaşlı hücumçu ilə 2 illik yeni müqavilə bağlandı

8 Fevral 2020 00:10 Fransa 899
34 yaşlı hücumçu ilə 2 illik yeni müqavilə bağlandı

“Bordo” Jimmi Brianla yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi 34 yaşlı hücumçuyla müddəti 2022-ci ilin yayına qədər olan müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl “Renn”, “Lion”, “Hannover” və “Genqam”ın formasını geyinən Brian, 2018-ci ilin yayından “Bordo”dadır. Hücumçu 5 dəfə də Fransa milli komandasının şərəfini qoruyub.

O, 2012-ci ildən yığmaya çağırılmır. Bu mövsüm Liqa 1-də 20 oyunda iştirak edən Brian, 6 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti