Neymar cəza aldı

9 Aprel 2021 00:14 Fransa 491
Neymar cəza aldı

PSJ-nin futbolçusu Neymar cəzalanıb.

Sportinfo.az xəbər verir ki, Liqa 1-in 31-ci turunda "Lill"lə matçda qırmızı vərəqə alan braziliyalı hücumçu 2 oyunluq diskvalifikasiya olunub.

29 yaşlı futbolçu məğlub olduqları görüşün (0:1) 90-cı dəqiqəsində qonaq komandanın müdafiəçisi Tyaqu Caloya qarşı kobudluqdan sonra ikinci sarı vərəqə görərək, meydandan qovulub.

Bu zaman oyunçular arasında mübahisə düşüb. Neymar final fitindən sonra meydanın kənarında rəqibin qarşısını kəsib və onu itələyib.

Digər Xəbərlər
Xəbər Lenti