"Onun gedişi bizim üçün gözlənilməz oldu" - MÜSAHİBƏ

17:00 Müsahibə 170
"Onun gedişi bizim üçün gözlənilməz oldu" - MÜSAHİBƏ

"Araz Naxçıvan" yeni mövsüm üçün heyətini formalaşdırır.

Gələnlərlə bərabər, düşərgəni tərk edənlər də az deyil.

Onların arasında hətta Urfan Abbasov da yer aldı. Kapitanın gedişi bir qədər gözlənilməz oldu.

Biz də təcrübəli oyunçu ilə əlaqə saxlayıb, gedişinə toxunduq.

Müdafiəçi Sportinfo.az-a müsahibəsində ilk olaraq mövsüm ərzində başverənlərə aydınlıq gətirib.

- Arxada qalan mövsümü necə dəyərləndirirsən?

- Mövsümün birinci yarısını pis keçirmədik. Digər rəqiblərdən çox da geri qalmırdıq. Düşünürdüm ki, ikinci dövrə daha yaxşı olar. Təəssüf ki, Elmar Baxşıyevlə yollar ayrıldı. Bundan sonra komandaya Andrey Demçenko gəldi. İstədi öz oyun sistemini formalaşdırsın. Bu da bir qədər vaxt aldı. Liqanın sonlarına yaxın onun istədiyi kimi oynamağa başladıq.

- Elmar Baxşıyevin gedişini kollektivdə necə qarşıladınız?

- Elmar müəllimin gedişi hamıya pis təsir etdi. Bunu heç kim gözləmirdi.

- Ab-havaya necə təsir etdi?

- Gözlənilməz oldu. Hamı mövsümün ikinci yarısının onunla tamam fərqli olacağını düşünürdü. Amma klub fərqli qərar verdi. Biz də ikinci yarını Demçenko ilə keçirdik.

- Gedişin gözlənilməz oldu. Nə baş verdi ayrılıq yaşandı?

- Açığı, klubda oyunçuların gedişi açıqlananda mənim məsələm qalırdı. Cavid Hüseynovla yaxın münasibətlərimiz var. Bir müddət gözləmə mövqeyində qaldım. Daha sonra danışıqlar müsbət nəticə vermədi və getməyə qərar verdim. Hazırda hər hansı təklif yoxdur. İnşallah, xeyirli variant olsa dəyərləndirməyə çalışacam.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti