Premyer Liqa təmsilçisində 33 yaşlı müdafiəçi ilə yeni müqavilə - RƏSMİ

18:20 İngiltərə 146
Premyer Liqa təmsilçisində 33 yaşlı müdafiəçi ilə yeni müqavilə - RƏSMİ

“Tottenhem”in müdafiəçisi Ben Deyvis London klubu ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uelsli 2026/2027 mövsümünün sonuna qədər “Tottenhem”də qalacaq.

Deyvis 12 ildir ki, “Tottenhem”də çıxış edir. O, London klubuna 2014-cü ildə “Suonsi”dən keçib.

33 yaşlı futbolçu “Tottenhem”in heyətində 363 oyuna çıxıb, 10 qol vurub və 26 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti