Bundesliqanın ən yaxşı gənc oyunçusu ilə maraqlanır - “Mançester Siti”

00:10 İngiltərə 93
Bundesliqanın ən yaxşı gənc oyunçusu ilə maraqlanır - “Mançester Siti”

“Leyptsiq”in gənc vingeri Yan Diomande yay transfer dövrünün ən çox diqqət çəkən adlarından birinə çevrilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu “Mançester Siti”nin əsas transfer hədəflərindən biridir.

Bildirilir ki, İngiltərə klubunun yeni baş məşqçisi Enzo Mareska Fil Dişi Sahilindən olan oyunçunun keyfiyyətlərini yüksək qiymətləndirir və onun transferində maraqlıdır.

Daha əvvəl Diomandenin xidmətində “Liverpul” və PSJ-nin də maraqlı olduğu xəbər verilmişdi. Ancaq son məlumata əsasən, vinger hazırda yalnız İngiltərə Premyer Liqasından gələn təklifləri nəzərdən keçirir.

Futbolçu ötən mövsümdə bütün turnirlər daxil olmaqla 36 oyunda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə verib.

O, uğurlu çıxışı sayəsində Bundesliqada mövsümün ən yaxşı gənc oyunçusu seçilib. “Transfermarkt” portalı Diomandenin dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyun 18:10 Çək və bizə göndər!
10 İyun 09:00 Mahirin 1 günü - VİDEO
10 İyun 02:00 Sağ ol, Hikmət!