Dünya çempionatında Norveç Fildişi Sahili millisini məğlub edib.
Sportinfo.az xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər .
Norveç komandasında Antonio Nusa (39) və Erlinq Holann (86) fərqləniblər. Afrikalıların hyeətində isə Amad Diallo (74) adını tabloya yazdırıb.
Tarixində ilk dəfə 1/8 finala yüksələn Norveçin rəqibi Braziliya seçməsi olacaq.

