Görəsən, metroda gedişhaqqı artırılır? - RƏSMİ AÇIQLAMA

30 İyun 07:20 Araşdırma 632
Görəsən, metroda gedişhaqqı artırılır? - RƏSMİ AÇIQLAMA

"Bakı Metropoliteni" QSC metroda gedişhaqlarının 0,60 qəpikdən 0,70 qəpiyə qaldırılacağı ilə bağlı iddialara aydınlıq gətirib.

QSC-dən pravda.az-ın sorğusuna nə inkar, nə də təsdiq cavabı verilib.

"Nəzərinizə çatdırırıq ki, metroda gedişhaqqının artırılması ilə bağlı “Bakı Metropoliteni” QSC-nin qərar qəbul etmək səlahiyyəti mövcud deyil və qurum yalnız qərarların icrasını yerinə yetirir.

Gedişhaqqı üzrə tariflərdə edilən dəyişikliklər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə tənzimlənir", - açıqlamada bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM