Norveç, Fransa və Meksika 1/16 finalda büdrəyəcək? - D Ç-2026-da BU GECƏ

Norveç, Fransa və Meksika 1/16 finalda büdrəyəcək? - D Ç-2026-da BU GECƏ

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində növbəti oyunlar keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Norveç Fildişi Sahili yığması ilə üz-üzə gələcək.

Cütün qalibi 1/8 finalda Braziliyanın rəqibi olacaq.

Bu qarşılaşmanın ardından son dünya çempionatının finalçısı Fransa İsveçin müqavimətini qırmağa çalışacaq. Güclü tərəf növbəti raundda Paraqvay ilə qarşılaşacaq.

Meydan sahiblərindən biri - Meksika isə Ekvadorla münasibətlərə aydınlıq gətirəcək. Bu cütün qalibi 1/8 finalda İngiltərə - Konqo DR duelinin güclüsü ilə görüşəcək.

30 iyun

21:00. Fildişi Sahili - Norveç

Baş hakim: Xesus Valensuela (Venesuela).

Dallas stadionu

1 iyul

01:00. Fransa - İsveç

Baş hakim: Danni Makkeli (Niderland).

Nyu-York/Nyu-Cersi stadionu

05:00. Meksika - Ekvador

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Mexiko stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti