Yenə də Mbappe... Fransa 1/8 finala yüksələn növbəti komanda oldu - DÇ-2026

1 İyul 03:00 Dünya çempionatı 572
Yenə də Mbappe... Fransa 1/8 finala yüksələn növbəti komanda oldu - DÇ-2026

Dünya çempionatında Fransa İsveçi məğlub edib.

Sportinfo.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər.

Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbappe dubl edib. Digər qolu isə 53-cü dəqiqədə Bradli Barkola vurub.

Bu qələbədən sonra 1/8 finala yüksələn Fransa seçməsinin rəqibi Paraqvay komandası olacaq.

Digər Xəbərlər
Xəbər Lenti