İngiltərə millisinin və “Tottenhem”in müdafiəçisi Ced Spens zədəsinə baxmayaraq, 2026-cı il dünya çempionatı üçün yığma komandaya çağrılıb.
Futbolçu mayın 19-da, “Çelsi” ilə oyunda rəqiblə toqquşmadan sonra zədə alıb və çənə sümüyü qırılıb.
Buna baxmayaraq, o, xüsusi qoruyucu maska ilə oynamağa davam edəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiəçi vəziyyəti ilə bağlı bunu deyib:
“Bu, dəlicəsinə bir toqquşma idi. Ağrıdı, amma xoşbəxtlikdən futbolu çənəmlə yox, ayaqlarımla oynayıram.
Ona görə, hər şey yaxşıdır. Bir az narahatam, amma nə edə bilərəm?”
İngiltərə millisinin dünya çempionatında ilk qarşılaşması 17 iyunda Xorvatiya yığması ilə olacaq. Komanda daha sonra Qana və Panama milliləri ilə qarşılaşacaq.

