11 minə yaxın satdılar

1 İyul 04:00 Digər növlər 543
11 minə yaxın satdılar

Milli Gimnastika Arenasında keçirilmiş "UFC Fight Night Baku" turnirinə 11 minə yaxın bilet satılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Turnirə maraq ötən illə müqayisədə xeyli artıb. Biletlər rekord müddətdə tükənib. Ümumilikdə 11 minə yaxın bilet satılıb ki, onların təxminən 40 faizə yaxını xarici ölkə azarkeşlərinin payına düşüb.

Turnirə dünyanın 72 ölkəsindən azarkeşlər qatılıb.

"UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib.

Nazim Sadıxov Mateus Kamiloya (Braziliya) uduzub. Rafael Fiziyev gecənin əsas qarşılaşmasında meksikalı Manuel Torresə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM