“Qarabağ”dan yeddinci transfer, 3 illik müqavilə - SON DƏQİQƏ XƏBƏRİ

14:40 Qarabağ 411
“Qarabağ”dan yeddinci transfer, 3 illik müqavilə - SON DƏQİQƏ XƏBƏRİ

“Qarabağ” transfer bazarında dayanmaq bilmir.

Avropa Liqasına hərtərəfli hazır getməyi qarşısına məqsəd qoyan Ağdam klubu az öncə daha bir futbolçu ilə müqavilə bağlayıb.

“Zalaegerszeg”in müdafiəçisi Bense Varkonyi iyulun 2-də Avstriyada - komandanın Tirol bölgəsində yerləşən düşərgəsində yer alacaq.

Şərqi avropalı ilə imzalanan müqavilənin müddəti 3 ildir. Macarıstanın “Nemzeti Sport” nəşrinin iddiasına görə, “Qarabağ” 24 yaşlı macar üçün 1 milyon avro ödəyəcək.

Çünki onun “Zalaegerszeg”lə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir.

Premyer Liqanın güiüş medalçısı daha öncə Zakaria Savo ("Aris", Kipr), Jali Muaddib (“Omoniya” Aradippou”, Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya) və Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya) ilə münasibətlərini rəsmiləşdirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti