“Qarabağ” sonda 3 milyonluq təklifə müsbət cavab verdi

09:00 Qarabağ 243
“Qarabağ” sonda 3 milyonluq təklifə müsbət cavab verdi

“Qarabağ”ın vingeri Leandro Andradenin Ukraynanın “Polessye” klubuna keçidi rəsmiləşib.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bu transferdən əldə etdiyi gəlir müəyyənləşib.

Daha əvvəl bəzi mənbələr transferin ukraynalılara başa gəldiyi məbləğlə bağlı müxtəlif versiyalar irəli sürmüşdülər. Son məlumata əsasən, bu keçid Azərbaycan komandasının 3 milyon avroluq gəlir əldə etməsi ilə nəticələnib.

“Qarabağ” yarımmüdafiəçinin satışından 4-5 milyon dollar qazanmaq niyyətində olsa da, sonda 3 milyonluq təklifə müsbət cavab verib.

Leandro Andrade “Polessye” ilə 3 illik müqavilə imzalayıb.

inshot 20260627 174526633 - Futbolinfo.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!