ünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.
Sportinfo.az xəbər verir ki, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.
Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) fərqləniblər.
Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında daha dəqiq oynayan (4:3) Cənubi Amerika təmsilçisi 1/8 finala yüksəlib.
Komandanın bu raunddakı rəqibi Fransa - İsveç cütünün qalibi olacaq.

