Qol vurdu, ölən uşağı yadına düşdü, dua etdi, ağladı - VİDEO+FOTOLAR

1 İyul 00:10 Dünya çempionatı 324
Qol vurdu, ölən uşağı yadına düşdü, dua etdi, ağladı - VİDEO+FOTOLAR

DÇ-nin 1/16 final mərhələsində Niderland və Mərakeş milliləri qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Niderland millisinin hücumçusu Kadi Qakpo komandasını hesabda önə keçirən qolun müəllifi olub.

Lakin o, topu tora göndərdikdən sonra əllərini göyə qaldıraraq dua edib, daha sonra isə göz yaşlarını saxlaya bilməyib.

26 yaşlı futbolçu qolunu bir neçə gün əvvəl ana bətnində dünyasını dəyişən körpəsinə həsr edib.

Komanda yoldaşları onu qucaqlayaraq təsəlli veriblər.

Futbolçu və həyat yoldaşı bir neçə gün əvvəl sosial şəbəkə hesablarında dünyaya gəlməsini gözlədikləri övladlarını itirdiklərini açıqlamışdılar.





Digər Xəbərlər
Xəbər Lenti