Mərakeş dünya çempionatının 1/16 final mərhələsində Niderland yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Meksikanın Monterrey şəhərində keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.
Niderland millisinin heyətində Kodi Qakpo 72-ci dəqiqədə hesabı açıb. Mərakeş yığması isə 90+1-ci dəqiqədə İssa Diopun qolu ilə məğlubiyyətdən xilas olub.
Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan mərakeşli futbolçular 3:2 hesablı qələbə qazanıblar.
Qrup mərhələsini C qrupunda ikinci pillədə başa vuran Mərakeş 1/8 finalda Kanada ilə qarşılaşacaq.
Oyun iyulun 4-də ABŞ-nin Hyuston şəhərində keçiriləcək.

