Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsində

04:40 Cüdo 43
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsində

Autizmli uşaqlar cüdo üzrə Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Uşaqlar cüdoçularla yaxından ünsiyyət qurub, cüdoqi geyinərək bu idman növü ilə tanış olublar.

Milli komandanın üzvləri onlara kəmərin düzgün bağlanma qaydasını öyrədib, tatamidə xoş və yaddaqalan anlar yaşadıblar.

Görüşün əsas məqsədi autizmli uşaqların cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına dəstək göstərmək, idmanın birləşdirici gücünü onlara hiss etdirmək olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti