İsveç yığmasının sabiq hücumçusu Zlatan İbrahimoviç Niderland millisinin dünya çempionatının 1/16 final mərhələsində Mərakeşə uduzaraq turnirlə vidalaşmasını şərh edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Bu məğlubiyyətdə baş məşqçi Ronald Kuman günahkardır. Mən sadəcə, Niderland millisini tanımadım.
Onlar öz kimliklərini göstərmədilər. Bu, məni həqiqətən qəzəbləndirdi.
Oyunçular meydanda rahat deyildilər, özlərini hücumda ifadə edə bilmirdilər.
Bu, dəhşətli bir oyun idi. Bunun günahkarı baş məşqçidir”.
Niderland – Mərakeş görüşü 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Mərakeş yığması 3:2 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib.

